Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər
Rusiyanın “Krasnodar” klubunun futbolçusu Pavel Mamayevin həyat yoldaşı Alana Mamayeva dələduzluqla üzləşib.
Bu barədə “Moskva” agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.
31 yaşlı Alananın bank kartından 75 min rubl (təxminən 2 min manat) oğurlanıb. Belə ki, o, mayda “Instagram”da “Louis Vuitton” firmasının pomada boyası qutusunun satışı haqqında elanla rastlaşıb. Ondan 75 min rubl ödəniş istənilib. Ödəniş edilsə də, aksesuar Mamayevaya gəlib çıxmayıb. Yekunda zərərçəkmişin müraciəti əsasında dünən dələduzluq barədə cinayət işi açılıb.
Qeyd edək ki, Pavel Mamayev Moskvanın mərkəzində adam döyməyə görə 1,5 illiyə ümumi rejimli koloniyada həbs həyatı yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək