Mahnıları milyonlarla baxış toplayan Miro
Miro (Məhəmməd İsgəndərov) “Re Play Music” leyblı altında təqdim etdiyi, eləcə də, müəllifi olduğu mahnıları ilə son illərdə Azərbaycanda ən çox dinlənilən ifaçılardan biridir.
Primetime.az xəbər verir ki, onun “Təcili yardım”, “Unuda bilmirəm”, “Həyatımın parçası”, “Sevgin batsın” kimi mahnıları milyonlarla dinlənmə əldə edib. Miro yalnız ifaları ilə deyil, müxtəlif janrlı müğənnilər üçün hazırladığı mahnılar ilə də bir çox uğurlara imza atıb. Müğənni Hissin ifasında “Unuduram”, “Şans”, Xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında “Gedən sənsən”, müğənni Elvin Babazadənin ifasında “Yalnızlar ölkəsi”, müğ\nni Farid Gasanovun ifasında “Dolar”, “Vecimə deyil”, Sarkhan-ın ifasında “Səndən sonra” mahnılarında Miro-nun müəllif kimi imzası var.
Onun yaradacılıq əlaqələri təkcə Azərbaycanla məhdudlaşmayıb. Sinan Akçılın “Piyanist 2” albomuna daxil olan “Bir de burdan bak” treki Türkiyədə yayımlanıb.

Eləcə də, 2022-ci ildə 48-ci dəfə təşkil olunan “Türkiye Altın Kelebek Ödülleri”ndə mükafat almış müğənni Ayaz Babayev Mironun bəstəsi olan “İmdat” mahnısı ilə çıxış edib.

Müğənni Elvin Babazadənin ifasında topladığı 24 milyon baxış sayı ilə uğur qazanan “Nəyi var” mahnısının sözləri Miro-ya aiddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Mirzəyev izləyicilərindən dua istədi
Sürücülərə hava xəbərdarlığı: Yollarda ehtiyatlı olun!
FHN-dən güclü külək və sel xəbərdarlığı
Dominikan gözəli "Miss World 2026" tacını qazandı
Skuter sürənlərə təhlükəsizlik xəbərdarlığı edildi
Yeni pandemiya təhlükəsi: Alimlərdən xəbərdarlıq!
Badamdarda tullantı suları evlərə ziyan vurur