Maaşlar yenə artırılır - AÇIQLAMA
Azərbaycanda əməkhaqlarının yenidən artırılması həyata keçiriləcək.
Bunu yap.org.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq.
“2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. 2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib.
Prezident də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR