Məşhur model podiuma çıxan tamaşaçını döydü
Paris Moda Həftəsi çərçivəsində dünya şöhrətli “Chanel” brendinin təqdimat gecəsində qalmaqallı və kuryoz hadisə baş verib.
Belə ki, “Chanel”in yeni kolleksiyasının təqdimatı zamanı tamaşaçılardan biri səhnəyə qalxaraq modellərin sırasına qatılıb. Podiuma qalxan qız heç bir şey olmamış kimi modellərlə birlikdə səhnədə yürüyüb. Diqqət çəkən məqam isə, həmin qızın “Chanel”in təqdim etdiyi üslubda – dama-dama kostyum geyməsi və eyni tərzli papaq taxması olub.
Bunu görən mühafizəçilər podiuma qalxaraq, qızı səhnədən uzaqlaşdırmağa çalışıblar. Amma supermodel Gigi Hadid onları qabaqlayaraq qızla bir neçə saniyəlik əlbəyaxaya çıxıb. Qızı çiynindən tutan Gigi onu podiumdan itələyərək, səhnədən uzaqlaşdırmağa nail olub. Həmin hadisə kameraların yaddaşına həkk olunaraq, sosial şəbəkələrə yayılıb.
Şouya qatılan NYT moda direktoru Vanessa Fridmen, “Chanel”in şousunda yaşanan bu hadisənin “ən yaxşı final videosu” olduğunu öz “Tvitter” hesabında qeyd edib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Almaniya prezidenti Ukraynaya səfərə gedib
Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır
Paşinyan mandatından imtina etdi - Yeni parlamentin ilk iclası olacaq
ABŞ-da sinaqoqda atışma olub, 8 nəfər ölüb - FOTO-VİDEO
Amerikada hərbi üsyan: Milli Qvardiya hərəkətə keçdi