Məşhur blogerin meyiti kanalizasiyadan tapıldı
“YouTube”dakı “Road to film” (“Filmə gedən yol”) kanalının müəllifi Pavel Ş.-nin meyiti Sankt-Peterburqdakı kanalizasiya korrektorlarından birindən aşkarlanıb.
Oxu.Az xəbər verir ki, polis məlumatı təsdiqləyib.
Əslən Belarusdan olan blogerin və onu müşayiət edən Aleksey adlı digerin meyitlərini Karpovka çayındakı kanalizasiya kollektorundan tapıblar. Pavel kanalizasiyada növbəti filmini çəkmək istəyirmiş.
İyulun 27-də axşam qırx yaşlı bloger özünün iki kamerasını da götürüb, diggerlə birlikdə təxminən 5 metr dərinliyi olan kollektora düşüb. Yerli vaxtda saat 5-də onlarla əlaqə kəsilib. Bundan sonra blogerin dostlarından biri polisə müraciət edib. Ehtimala görə, Pavel hündürlükdən yıxılıb, digger isə havasızlıqdan boğulub.
Qeyd edək ki, “YouTube”dakı “Road to film” kanalının 578,5 min abunəçisi var, paylaşılan videoların izlənmə sayı isə ümumilikdə 72,8 milyonu keçir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək