Məşhur azərbaycanlı müğənnilər verilişə çıxmaqdan imtina etdilər – Video
Bir çox məşhur xalq artistləri və əməkdar artistlər verilişlərdən gələn təkliflərdən imtina edirlər.
Milli.Az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva “Şou ATV” proqramında məlumat verib.
Xanım aparıcı verilişinə dəvət üçün əlaqə saxladığı bir çox məşhur müğənnilərimizdən “yox” cavabı eşitdiyi zaman təəccübləndiyini də gizlətməyib. O, həmin məşhurlar arasında əməkdar artistlər Xumar Qədimova, Könül Kərimova, Ədalət Şükürov, kamança ustadı Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu, xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və başqalarının adını çəkib.
Aparıcı bu siyahının daha böyük olduğunu bildirib.
Nanə hətta bu yaxınlarda efirində qonaq olan Natiq Şirinovu verilişinə dəvət etdiyi zaman xalq artistinin tərəddüd içində “Mən gəlib sənətimi göstərə biləcəmsə, gəlim” cavabını verdiyini xatırladıb:
“Dedim “Necə yəni, bəs ona görə dəvət etmişik də”.
Sonra Namiq Qaraçuxurlu verilişimdə qonaq olanda soruşdum ki, “Niyə efirlərdə az görünürsünüz?” Yenə eyni səbəb. Bu qədər efirlərdən uzaqlaşmaq, nə oldu, nə çaşqınlıq yaradır, nədir səbəb? Bizim gözəl sənətçi, sənətkarlar var ki, onları efirdə görmək istəyirik”.
Aparıcının daha geniş açıqlaması videoda:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO
