Məscidə namaz qılmağa gedən qızı zorla qucalayıb... - VİDEO
Türkiyənin Konya şəhərində dəhşətli hadisə yaşanıb.
Minval.info xəbər verir ki, 62 yaşlı Mazhar O. adlı şəxs namaz qılmaq üçün məscidə gələn universitet tələbəsi K.Y. adlı qızı zorla qucaqlayaraq öpdüyü üçün polis tərəfindən saxlanılıb. Belə ki, iddialara görə, gənc qız namaz qılmaq üçün məscidə gələrək qadınlar bölməsinə daxil olub. Qızın yanına gələrək “mənim əllərimi çox alim öpüb, sən də öp” deyən Mazhar rədd cavabı aldıqdan sonra K.Y.-dan nömrəsini istəyib. Daha sonra qızdan onun yanağını öpməsini istəyən kişi yenə rədd cavabı aldıqda isə onu zorla qucaqlayaraq öpüb.
K.Y. məsciddən çıxdıqdan sonra polis mərkəzinə gedərək şikayət edib. Məscidin təhlükəsizlik kamerasında görüntüləri izləyən polis əməkdaşları Mazhar O.-nu saxlayıb. O, verdiyi ifadədə “şeytana uydum” deyib.
Verilən məlumata görə, sözügedən şəxs bu gün məhkəməyə çıxarılacaq.
Minval.info
https://www.dailymotion.com/video/x7bs0cs
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək