Məscid imamı polis şöbəsini teraktdan xilas edib
Nyu-York polisi Bronks rayonundakı məscidlərindən birinə kriminal təkliflə gələn bir şəxsin axtarışına başlayıb.
Moderator.az-ın xarici sayta istinadla verdiyi xəbərə görə, naməlum şəxs yerli vaxtla saat 16-da Raynlender küçəsində yerləşən məscidə daxil olaraq gözlənilməz bir xahişlə imama müraciət edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir ki, kişi imamdan yaxınlıqdakı polis məntəqəsinə hücum təşkil etmək üçün ona kömək göstərməsini istəyib. Din xadimi naməlum adamın dərhal ibadətgahı tərk etməsini əmr edib və maraqlıdır ki, o, səssizcə bayıra çıxıb. Məscid imamı isə polisə zəng edərək naməlum şəxsin yerli şöbəyə qarşı terror aktı həyata keçirmək niyyəti barədə məlumat verib və məscidin müşahidə kamerasının qeydini də təqdim edib.
Terrora cəhd edən şəxs hələ də axtarılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək