22.07.2022 - 12:21
Maliyyə 117 baxış

Mərkəzi Banka yeni baş direktor təyin olundu - FOTO

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

“Minval.info” xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.

Gülər Paşayeva daha əvvəl “Paşa Bank”da çalışıb. Orada kassir kimi fəaliyyətə başlayıb, departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. Bu il iyunun 1-dən isə Mərkəzi Banka keçib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: