30.05.2019 - 19:50
Dünya 1 baxış

Mənzil üstündə Zelenski ilə jurnalistin mübahisəsi düşdü - Video

Ukrayna prezidenti Vladimir Zelenski ilə “Pryamoy” kanalının müxbiri arasında mübahisə yaranıb.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, insident dövlət başçısının 2 nəfər şaxtaçının öldüyü “Lesnaya” mədəninə ziyarəti zamanı yaşanıb. Zelenski işçilər və onların ailələri ilə söhbət edərkən kanalın jurnalisti ölən şaxtaçıların analarının bütün gün Zelenskini gözlədiklərini bildirib. Prezident isə cavabında kanalın əməkdaşına ianə toplayıb qadınlardan birinə mənzil almağı təklif edib. Bundan sonra mübahisə bitib.

Zelenski KİV nümayəndələri ilə görüşündə ölən şaxtaçıların ailələrinə şəxsən mənzil bağışlayacağını bildirib.

Xatırladaq ki, mayın 29-na keçən gecə “Lesnaya” mədənində uçqun olub, 2 şaxtaçı ölüb. Mədən hazırda ştat rejimində işləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: