“Mən bunun xəyalını qururam” - Şenol Günəş
Avropa Çempionatının seçmə mərhələsində İslandiya yığması ilə bərabərə qalan Türkiyə millisi final mərhələsinə vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra açıqlama verən “ay-ulduzlular”ın baş məşqçisi Şenol Günəş zəfəri şərh edib:
“İstanbulda 3 oyun keçirdik. Azarkeşin milli komanda ilə bütövləşməsinə çalışdıq. Bu gün ilk dəfə qol vura bilmədik. Buna baxmayaraq, Avro-2020-nin final mərhələsinə vəsiqə qazandıq. Bu, İslandiya yığmasının son şansı idi. Bu gündən etibarən Avro-2020 üçün ən yaxşısını etməyə çalışacağıq. Ölkəmizi daha yaxşı təmsil etmək üçün əlimizdən gələni etməliyik. Bunu sadəcə məndən gözləmək yanlış olar. Hər kəsin bir arada olması lazımdır. Xəyallarımız çoxdur. Bu xəyalları təkbaşına həyata keçirmək mümkün deyil. Yeni nəsillərin önünü açacağıq. Mən bir az da bunun xəyalını qururam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA-nın yeni reytinqi
Türkiyə millisinin üzvü "Liverpool"da
Pelenin qızı səhhətindən danışdı
“Qalatasaray” - “Başakşəhər” oyununu Cüneyt Çakır idarə edəcək
"Hazırda bu yarışın ölkəmizdə keçirilməsini müzakirə edirik"
Misir millisinə etiraz - "Salah oynamasın"
AVRO-2020: UEFA-nın Kopenhagendə bron etdiyi otel boşaldıldı