Məktəbli uşaq yuxuya dalmamaq üçün cinsiyyət orqanına iynə sancıb
Həkimlərin sözlərinə görə, iynə hərəkət etsəydi, uşağın sidik kisəsini və arterial damarlarını parçalaya bilərdi
Çində bir məktəbli ev tapşırıqlarını yazarkən, yatmamaq üçün cinsiyyət orqanına iynə sancıb. 12-13 yaşlarında olduğu öyrənilən uşaq bu barədə anasını deyən kimi dərhal xəstəxanaya aparılıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 28-də baş verib. Adı açıqlanmayan şagird nənəsinə məxsus iynə qabından gizlincə 10 santimetrlik bir iynə götürüb və sidik yoluna sancıb.
Anası uşağın gəzə bilmədiyinin fərqinə varanda isə, məktəbli törətdiyi əməli etiraf edib. Uşaq bunları deyib: “Ev tapşırıqlarımı yazarkən yatıb qalırdım. Sidik yoluma bir iynə yerləşdirərək oyaq qalmağa çalışdım”.
Həkimlər bildiriblər ki, iynə hərəkət etsəydi, uşağın sidik kisəsini və arterial damarlarını parçalaya bilərdi, həmçinin infeksiya və qanaxma riski yaranardı. Uşaq təcili əməliyyata alınıb və iki saat davam edən əməliyyat nəticəsində iynə uğurla çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək