“Məktəblər açılan zaman koronavirus pandemiyasından qorunmaq üçün lazım olan tədbirlər görüləcək”.

Minval.info xəbər verir ki, bunu jurnalsitlərə açıqlamsında təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, təhsil müəssisələri açılmadan əvvəl mövcud duruma uyğun olaraq mütəxəssislərlə müzakirələr aparılacaq.

Nazir məktəblərdə şagird sıxlığı, sinif otaqlarında şagirdlərin yan-yana əyləşnməsi kimi məsələlərin müzakirə ediləcəyini və lazımi tədbirlərin görüləcəyini bildirib.