Məhəmməd ibn Salmandan Kaşıkçı cinayəti ilə bağlı şok etiraf - VİDEO
Telejurnalist Martin Smit Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən Camal Kaşıkçı ilə bağlı reportaj hazırlayıb.
“Haber7”in məlumatına görə, reportajda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman danışıb.
Tam mətni oktyabrın 1-də ABŞ-ın “PBS” telekanalında yayımlanacaq reportajın anonsu böyük səss-küyə səbəb olub. Anonsda Məhəmməd ibn Salman Kaşıkçı cinayətinə görə bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Qeyd edək ki, Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi məlum olub.
Həmin qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.
https://www.youtube.com/watch?v=jNIysBbhSYA
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək