26.04.2019 - 12:57
Vacib 3 baxış

Bakının “Luna Park”ından ürəkdağlayan mənzərə - Fotolar

1990-cı illərin uşaqlarının 2000-ci illərin əvvəllərində avropasayağı bir parkı var idi: “Luna Park”.

Xətai rayonu, Nobel qardaşları prospekti 57/2 ünvanında yerləşir. Əvvəllər Nizami adına Mədəniyyət və İstirahət Parkı adı ilə tanınırdı. Sonradan parka müxtəlif maraqlı attraksionlar gətirməklə birdən-birə əyləncəli məkana çevirdilər.

Park elə 90-cı illərin uşaqlarının böyüməsi ilə tarixə qovuşdu. Gedən-gələn olmadımı, “Mall”larda açılan əyləncə məkanları dahamı üstün tutuldu, deyə bilmərik. Bəlkə də, uşaqların əyləncə anlayışı dəyişdi, ona görə “Luna Park” unuduldu.

Bir neçə il əvvəl təmirə bağladılar. Parkın qapıları o bağlanan bağlandı.

Parkın yaxınlığından keçəndə “Lələ köçüb, yurdu qalıb” deyə bir təəssürat yaranır. Tərk edilmiş park, baxımsızlıqdan bərbad vəziyyətə düşmüş attraksionlar… O park ki, indi 30 yaşlarında olanların bir vaxtlar əvəzolunmaz “Mall”ı idi, “playstation”u idi, “GTA”sı idi, məşhur “internet oyunları” idi.

Oxu.Az-ın fotoqrafı qapalı məkanlara dəyişilən “Luna Park”da olub.

Parkın son halını fotolarla təqdim edirik:

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: