Londonun ən bahalı boşanma məhkəməsi başlayır
Rusiyalı milyarder Vladimir Potaninin keçmiş həyat yoldaşı Natalya əmlak bölgüsü tələbi ilə London Ali Məhkəməsinə müraciət edib.
“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, biznesmenin eks-arvadı ondan 7 milyard dollar dəyərində əmlak tələb edir. Nəşr yazır ki, bununla da Vladimirlə Natalyanın ayrılma prosesi London məhkəmə tarixində ən bahalı boşanma kimi düşə bilər.
58 yaşlı Natalya Potanina özünə krallığın vəkili Çarlz Hovardı, Vladimir Potanin isə Fiona Şekltonu tutub.

Xatırladaq ki, Potaninlərin nikahı 30 illik ailə həyatından sonra 2014-cü ilin fevralında pozlub. Natalya 2017-ci ildə Moskva məhkəməsinə 217 və 849 milyard rublluq iddia ilə müraciət etsə də, onun tələbi yerinə yetirilməmişdi. Bundan sonra biznesmenin arvadı əmlak bölgüsü tələbi ilə Böyük Britaniya məhkəməsinə müraciət edib.
Qeyd edək ki, “Forbes”in 2019-cu ilin mart dəyərləndirməsinə görə, Vladimir Potaninin sərvəti 18,1 milyard dollar təşkil edir. Bununla da o, Rusiyanın ən zəngin iş adamları siyahısında 6-cı sıradadır.
Potanin “İnterros Holdinq” və “Noris Nikel” şirkətlərinin sahibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp: "Ukrayna il yarım ərzində məhv edilə bilər"
Ana oğlunun cinsiyyət orqanını kəsdi - Səbəb (Fotolar)
Britaniyada koronavirusun yeni ştamı aşkarlandı
Qardaşının ölüm xəbərini aldı, amma morqda elə bir şeylə qarşılaşdı ki…
“Bütün Gürcüstanı işğal etmək lazım idi” - Jirinovski
Türkiyə ABŞ-a sərt cavab verdi
Ərdoğan: "Fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm"