Leysan bölgələrdə fəsadlar törədib: körpülər uçub, magistral yol dağılıb - Fotolar
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
APA-nın verdiyi məlumata görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.
Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.
Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.
Kənd sakinlərinə məxsus ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.
Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.
Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır.
Minval.info







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"