Lavrovdan xəbərdarlıq: Bu, fəlakətlə nəticələnər
Rəsmi Moskva Tehran və Vaşinqtonu aradakı gərginliyi dialoq yolu ilə həll etməyə çağırır.
TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Biz amerikalı və iranlı həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu təhlükəli cizgidən uzaq dursunlar və ziddiyyəti sivil dialoq yolu ilə həll etsinlər. Əlbəttə, bu, ultimatum siyasətini, sanksiya və şantajı dayandırmağı tələb edir”, – deyə XİN rəhbəri bildirib.
Nazir onu da vurğulayıb ki, İran ətrafında mümkün hərbi ssenari fəlakət və beynəlxalq böhranla nəticələnər.
Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Oman körfəzində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması regionda vəziyyəti daha da gərginləşdirib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək