Lavrov Suriyada müharibənin başa çatdığını elan edib
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Suriyadakı müharibənin “həqiqətən sona çatdığını” söyləyib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu rusiyalı nazir “Trud” qəzetinə müsahibəsində söyləib.
“Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız İdlib və Fərat çayının şərq sahilində – hökumətin nəzarətində olmayan ərazilərdə qalır”, – deyə Lavrov müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və “bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq üçün böhranın həlli üçün siyasi prosesin irəliləməsi” vəzifələri ön plana çıxır.
Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2015-ci ilin avqustunda prezident Bəşər Əsəd hərbi yardım istəyi ilə Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan etibarən Rusiya hava qüvvələri Suriyada hərbi əməliyyatlara başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək