Praqa küçələrində gəzən milyonlarla adamın ağlına da gəlmir ki, ayaqlarının altına düzülmüş daşlar köhnə yəhudi qəbiristanlığından gətirilib.

Əlbəttə, qəbirdaşılarını tanımaq asan deyil. Həmin daşları kiçik parçalara ayırıblar, yazı hissəsini torpağa gömüblər.

Bizimyol.info xəbər verir ki, 1930-cu illərdə Çexoslovakiyada 350 minə yaxın yəhudi yaşayırdı. Amma İkinci Dünya Müharibəsindən sonra yəhudi əhalisi təxminən yeddi dəfə azaldı: kimsə Holokost qurbanı oldu, digərləri başqa bir ölkəyə qaçmağı bacardı. Sülh dövründə də miqrasiya azalmadı: müharibədən sonra yəhudilər hələ də ölkədə artan antisemitizm səbəbindən Çexoslovakiyanı tərk etdilər. Axırda ölkədə səkkiz mindən bir az çox yəhudi qaldı.

Nəticə özünü çox gözlətmədi. Bütün yəhudi kəndləri tərk edildi və unuduldu. Təbiət ayrıca baxımsız qalan yəhudi qəbiristanlıqlarında da mövcudluğunu göstərdi. Sonra hakimiyyət çox qarışıq bir qərar qəbul etdi: bu qəbiristanlıqlardan qəbirdaşılarını tikinti materialı kimi istifadə etməyə icazə verildi.

Çexiyada nəsillərin unutduğu bu yerlər sökülməyə başladı. Çexlər daş plitələri parçalayıb həyətlərinə səkilər qoydular. Praqa da kənarda qalmadı: küçələrin döşəndiyi bir çox daşlar köhnə yəhudi qəbiristanlıqlarından gətirildi. Səlahiyyətlilər bu materialdan ən çoxunu tikintidə istifadə etmək istədi.

Bütün bunlar kommunizmin süqutundan sonra üzə çıxdı. Sözsüz, yerli yəhudilər çox qəzəblidirlər. Bu gün hər şeyi öz yerinə qaytarmaq mümkün deyil. Birincisi, Praqadakı çox bulvarı sökmək lazım gələr. İkincisi, qəbirdaşıları minlərlə parçaya bölünüb. Yəhudi icmasının nümayəndələri indi yalnız şəhərdə müharibədən sonrakı vəhşilik və tabloid daşlar haqda xatirə lövhəsinə ümid edir.