27.09.2026 - 10:40
Kuba ABŞ-a təhlükə deyil: dialoq üçün hazırdır
Dünya 3 baxış

Kuba ABŞ-a təhlükə deyil: dialoq üçün hazırdır

Kuba, ABŞ-a təhlükə olmadığını və Vaşinqtonla suveren bərabərlik və beynəlxalq hüquqa hörmət əsasında dialoqa hazır olduğunu bildirib. Ölkənin xarici işlər naziri Bruno Rodriqes BMT Baş Assambleyasında çıxış edərək, daxili işlərə müdaxilə edilmədən və hər hansı şərt irəli sürülmədən fərqliliklərin dialoq yolu ilə həllinə hazır olduqlarını vurğulayıb.

“Kuba təhlükə deyil. Blokada təhlükədir,” deyən Rodriqes, ölkəsinin ABŞ ilə ticarət və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün hazır olduğunu, digər ölkələrlə olduğu kimi qeyd edib.

Minval.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrini Ukrayna ilə sülh danışıqlarının perspektivlərini “mümkün qədər əngəlləməkdə” ittiham edib. Lavrov BMT Baş Assambleyasında Qərbin Ukraynanı silahlandıraraq mülki əhalini və infrastrukturu hədəfə almaqda kömək etdiyini iddia edib.

Çin vitse-prezidenti Han Çjen, ABŞ-İran müharibəsi fonunda “tək tərəfli hərbi hərəkətlərə” qarşı olduqlarını bildirib. O, əsas ölkələri beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün xüsusi məsuliyyətlər daşımağa çağırıb.

İraq hökuməti ABŞ-la dollar nağd pul daşımalarının bərpası üçün anlaşmaya gəlib. İraq hökumətinin sözçüsü Heydər əl-Abudi, Baş nazir Əli Falih əl-Zaidinin ABŞ-a səfəri zamanı bu razılaşmanın əldə edildiyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: