Kremlin sözçüsü Rusiya və Azərbaycan prezidentlərinin münasibətləri barədə
Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri “AzərTAc”a müsahibəsində söyləyib. D.Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.
“Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz”, – deyən Dmitri Peskovun sözlərinə görə iki ölkə arasında çoxşaxəli münasibətlər var. Kremlin rəsmi nümayəndəsi deyib: “Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi