Kreml təsdiqlədi: Putin Köçəryanın arvadı ilə görüşüb
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İrəvanda, eks-prezident Robert Köçəryanın arvadı ilə görüşməsi barədə yayılan xəbərləri təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb. Qeyd edək ki, “Moskovskiy komsomolets” görüşün Rusiya səfirliyində baş tutduğunu yazıb. Jurnalistlərin “doğrudanmı Putin Bella Köçəryanla görüşüb?”-sualına cavabında Peskov “bəli” cavabını verib.
Qeyd edək ki, səfər ərəfəsində Rusiya prezidentinin həbsxanaya gedərək R.Köçəryanla görüşəcəyi haqda xəbər yayılmışdı. Köçəryan 2008-ci ilin 1 mart cinayətlərinə görə ittiham olunur. Məlumata görə, uzun müddət davam edən görüş zamanı eks-prezidentin arvadı Putindən R.Köçəryanın həbsdən azad edilməsinə yardım göstərməyi xahiş edib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək