"Kreml özü üçün Ermənistana quru yol açmaq istəyir"
İqtisadçı-ekspert Natiq Cəfərli Gürcüstan hadisələrini şərh edib
“Gürcüstanda baş verənləri az da olsa yerində araşdıran insan kimi gəldiyim qənaət belədir ki, Rusiya çox incə təxribat təşkil etməklə Gürcüstana sanksiyalar qoymaq istəyirdi, buna da qismən nail oldu”.
Minval.info xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” səhifəsində paylaşıb. Ekspert ABŞ-İran və ABŞ-Türkiyə qarşıdurmasının artması fonunda Kremlin Ermənistanda hərbi kontingentini gücləndirmək istədiyini yazıb. Bunun üçün hava yolu ilə silah-sursat daşımaq, təhcizatı tam təmin etmək çətin və baha olduğundan Gürcüstandan yerüstü marşrut almaq istədiyini qeyd edib.
“Rusiya Gürcüstandan rahat keçməklə Ermənistandakı qoşunlarının təminatını saxlamaq istəyir – İvanaşvili komandası isə buna razılıq verməkdən qorxur. Çünki həm xalq buna çox kəskin reaksiya verəcək, həm də Azərbaycanla əlaqələr korlanacaq, hətta İran və Türkiyənin də əlavə sualları yaranacaq. Buna görə də razılıq yoxdur, indi Kreml iqtisadi sanksiyalarla, turizmlə, şərab ixracına qadağalarla Gürcüstanı yola gətirmək, özü üçün Ermənistana quru yol açmaq istəyir. Belə, analiz etdiyim məsələni sizlərlə bölüşmək istədim” – deyə Cəfərli bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
