Kralın qızına Fransada 10 aylıq həbs cəzası verildi
Səudiyyə Ərəbistanı kralı Salmanın qızı, şahzadə Hassa Bint Salman Fransada adam oğurluğuna təşviq etmə və zorakılıq hadisələrinə qarışma maddələri üzrə 10 ay həbsə məhkum edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə verilən hökmün icrası təxirə salınıb.
2017-ci ilin dekabrından Fransada haqqında həbs qərarı olan Hassaya 10 min avroluq pul cəriməsi də verilib. Şahzadə özü məhkəməyə qatılmayıb.
Hassanın cangüdəni Səidi Rani evə gələn işçini zorla saxladığı və ona qarşı şiddət göstərdiyi üçün 8 ay həbs, 5 min avro pul cəzası alıb. Cangüdənin də cəzasının icrası təxirə salınıb.
Xatırladaq ki, şahzadə Hassa 2016-cı ildə Parisdəki lüks mənzilində işləmək üçün gətirilən işçini otaqlardan birinin şəklini çəkdiyi və sosial şəbəkələrdə yayacağı ehtimalı üzündən cangüdəninə döydürüb. Zərərçəkmişin sözlərinə görə, əlləri arxadan bağlanmış, dizüstə şahzadənin ayaqlarını öpməyə vadar edilmişdi. Şahzadə isə heç vaxt bu ittihamları qəbul etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək