Yeni doğulmuş uşaqlarda olan şikayətlərin əksəriyyəti əslində fizioloji, yəni normaldır.

E-tibb.az bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Pediatr deyib ki, bu şikayətlər olanda çoxlu dərmanlar yazmaqdansa, sadəcə, səbrlə gözləmək lazımdır: “O şikayətlərin əksəriyyəti zamanla, heç bir dərman yazılmadan keçib gedir. Həkimin vəzifəsi o şikayətlərin normal, yoxsa patoloji olub-olmadığını müəyyən etməkdir”.