"Kontakt Home"-dən yeni fırıldaq: işlənmiş mallar satışda…
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin ardı-arası kəsilmir.
Mütəmadi olaraq vətəndaşların aldadılması, saxta kampaniyalarla mətbuatın gündəminə gələn “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı yeni iddia var.
Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə Farhad Yurdsever adlı istifadəçi yazıb. Onun sözlərinə görə, “Kontakt Home” mağazalar şəbəkəsində işlənmiş mallar 50 faiz endirim reklamı altında satışa çıxarılıb. Facebook sosial şəbəkəsində geniş marağa və müzakirələrə səbəb olmuş həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:

“Kontakt Home, işlənmiş ( secondhand) malları 50% endirim və outlet bildiriş ilə 8 mart günü satırdı. ( Ən gülməlisi isə həmin malların yeni qiymətinin üstündən xətt çəkib 50% endirim qiymətini işlənmiş malın yanından yazmaq idi) Az qalmışdı alam. Satıcıya deyəndə ki, outlet işlənmiş yox, ucuzlaşdırılmış mallar üçün guşədir , inanmırdı mənə.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda məşhur restoranda zəhərlənməyə görə həbslər başladı
SMS icazənin müddəti artırıldı
Selçuk Bayraktar qırıcı təyyarə ilə Azərbaycan səmasında - VİDEO
Səlim Müslümovun “Ağsu aşırımı”- sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?
Ağsaqqal sürücü: "İçib tank sürmürəm ki, maşın sürürəm" (VİDEO)