Konor Makqreqor saxlanıldı - Fotolar
Məşhur irlandiyalı idmançı Konor Makqreqor bazar ertəsi günü ABŞ-ın Florida ştatında polis tərəfindən saxlanılıb.
ONA-nın “TASS” agentliyinə istinadən vediyi xəbərə görə, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.
Bildirilir ki, idmançı bir fanatının mobil telefonunu sındırıb və özü ilə aparıb. Buna görə də ona qarşı soyğunçuluq və özgənin əmlakına ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.
Nəşrin məlumatına görə, Makqreqor Mayami-Biçdə oteldən çıxıb gecə klubuna gedən zaman qarşılaşdığı fanatı onunla şəkil çəkdirmək istəyib. Bundan qəzəblənən idmançı telefonu həmin şəxsin əlindən alaraq sındırıb, daha sonra isə özü ilə aparıb.
Polisin bildirdiyinə görə, zərərçəkmişə hadisə nəticəsində 1000 dollar ziyan dəyib. K.Makqreqor hadisə yerində saxlanılmayıb. Polis onu evində həbs edib. Hazırda onun Mayami-Deyd həbsxanasında olduğu deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
