Koçaryanın tərəfdarları məhkəmədə dava saldı
Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları ilə əleyhdarları arasında dava düşüb.
“RİA Novosti” xəbər verir ki, hadisə iclasdan sonra baş verib. İnsidentə görə, bir neçə nəfər, o cümlədən “Milli razılıq” partiyasının sədri Aram Arutunyan saxlanılıb.
R.Koçaryanın əleyhdarları onu hansısa qadını döyməkdə ittiham ediblər. Arutunyan isə öz ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.
Qeyd edək ki, bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın yenidən həbsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək