"Klub prezidenti cinsi əlaqədə olmaq üçün məni transfer etdi”
Serbiyalı basketbolçu Militsa Daboviç açıqlaması ilə gündəmi zəbt edib.
38 yaşlı idmançı 2009-cu ildə “Beşiktaş”dan “Palero”ya keçidi barədə danışıb.
Daboviç Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyi üçün transfer etdiyini deyib: “2009-cu ildə “Beşiktaş”dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi.
Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istəyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram”.
Qeyd edək ki, Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb. O, həmin il karyerasını bitirib.(goal.az)



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi