Kişi qonşusunu öldürüb, cəsədini altı il mənzilin divarında gizlətdi
ABŞ-ın Kaliforniya ştatının sakini qonşusunu öldürərək cəsədini altı il mənzilinin divarına gizlədib.
ABŞ-ın Los-Anceles şəhər sakini Reyven Kempbellin 2009-cu ilin iyunundan bəri itkin düşdüyü bildirilirdi. 2015-ci ilin iyul ayında qadının ailəsinə anonim zəng gəlir. Zəng edən şəxs qadının yaşadığı mənzilin divarına basdırıla biləcəyini söyləyib.
Mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Axtarış itlərindən istifadə edən polis Kempbellin cəsədini tapıb. Məlum olub ki, qonşular artıq illərdir xoşagəlməz qoxudan şikayət edirmişlər.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Cinayətdə günahkar bilinən 47 yaşlı Randolf E. Qarbutt olub. O, öldürülən qadının keçmiş otaq yoldaşı olub. Prokurorlar Qarbuttun qətl silahı olaraq çəkicdən istifadə etdiyini bildiriblər. Ona 11 il həbs cəzası verilib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək