Kişi 10 santimetrlik buynuz çıxardı - FOTO
Hindistanın Saqar şəhərində Şyam Lal Yadav adlı bir nəfər 4 düym (10,2 santimetr) ölçüsündə “şeytan buynuzu” çıxarıb.
Bu barədə “Mirror Online” məlumat yayıb.
Bu çıxıntı 74 yaşlı fermerin başında aldığı zərbədən beş il sonra böyüməyə başlayıb. Yadavın başından tam olaraq necə zədə alması barədə dəqiq məlumat verilmir. Əvvəlcə kişi konus şəklində neoplazmaya əhəmiyyət verməyib və bərbərlərdən onu həll etmələrini istəyib. Daha sonra özü buynuzu kəsməyə çalışıb, amma çıxıntı böyüməyə davam edib.
Hindu çıxıntını şapka altında gizlədə bilmədikdə xəstəxanaya getməyə qərar verib. Həkimlər kişidə inkişaf edən çıxıntının buynuz olduğunu təsdiqləyiblər. Həkimlər onun insanın dırnaqları və ya tükləri kimi keratindən ibarət olduğunu bildiriblər. Neyrocərrahlar əməliyyat keçirərək onu analiz ediblər. Analizlər çıxıntının xoşxassəli olduğunu göstərib.
Həkimlər sözügedən buynuzun kişinin başında yenidən böyüməyə başlaya biləcəyini bildiriblər. Onlar bu xəstəliyin nadir olduğunu qeyd ediblər. “Şeytan buynuzu”nun böyüməsinin səbəblərindən biri kimi günəş şüasına məruz qalma da göstərilə bilər.(oxu.az)

ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək