Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı
Britaniyanın Kardiff şəhərində kişi qadından 10 il əvvəl oğurlanan pulqabını özünə qaytarıb.
Bu barədə “Daily Mail” yazır.
Belə ki, 2009-cu ildə 18 yaşlı Bekka Milsom soyulub: o, iti ilə gəzdiyi vaxt maşınının şüşəsi sındırılıb, avtomobildən pulqabısı götürülüb, hadisənin şahidləri oğrunu tuta bilməyiblər. Qadın oğurlanan pulqabısının nə vaxtsa qaytarılacağına ümid etməyib.
10 il sonra qadının atasının ünvanına bağlama gəlib. Onda oğurlanmış pulqabı və sənədlər olub. Yanında isə Corc adlı birinin Milsonun əşyalarını Kardiffdə otluqda tapdığı yazılan qeyd olub. Adam zarafatca onun kredit kartlarının artıq, yəqin ki, işləmədiyini yazıb.
“Bu, mənə dünyada yaxşı insanların olduğunu göstərdi. Pulqabımın qaytarıldığına çox sevindim”, – Milson deyir və Corcu tapıb ona təşəkkür etmək istəyir. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özbəkistan prezidenti Azərbaycana gəlir
Qorbaçov Putinin qərarını dəstəklədi
Qazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 9-a yüksəlib
Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi – 298 nəfər ölmüşdü
Putinin ən ciddi rəqibi saxlanıldı