Kim kardaşyanın evində həyəcanlı anlar: Oğru işçi avtomobili ilə qaçdı
Amerikalı model və televiziya ulduzu Kim Kardaşyanın Hidden-Hillsdə yerləşən malikanəsinə oğru hücum edib.
Minval.info xəbər verir ki, 27 yaşlı şübhəli şəxs təmir işləri gedən evə girərək bəzi əşyaları avtomobilə yükləyib. Mühafizəçi hadisəni görüb və dərhal polisə məlumat verib.
Oğru daha sonra Kardaşyanın işçisinə aid avtomobili götürərək hadisə yerindən qaçıb. Lakin polis qısa müddət sonra onu saxlayıb. Şübhəlinin üzərində silah olmayıb və hadisə zamanı heç kim xəsarət almayıb. O, oğurluq məqsədilə qanunsuz daxil olmaqda ittiham edilərək həbs edilib.
Kardaşyana yaxın mənbələr bildirir ki, ulduz və övladları təmir işləri tamamlanana qədər həmin malikanədə yaşamırlar və başqa bir evdə kirayə qalırlar. Hazırda malikanədə Kardaşyana aid şəxsi əşyalar da yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!