Kim Çen Inın qardaşının MKİ ilə əlaqələri üzə çıxıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı, 2017-ci ildə Kuala-Lumpur hava limanında öldürülmüş Kim Çen Nam Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatçısı imiş.
“Report” xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” çıxış edib.
Nəşri bilgiləndirən mənbənin sözlərinə görə, Kim Çen Inın qardaşı 2 il əvvəl Malayziyada MKİ-nin üzvü ilə görüşməli imiş.
“ABŞ-ın kəşfiyyat agentliyi ilə cənab Kim arasında əlaqə vardı”, – deyə mənbə bildirib.
Qeyd edilir ki, məlumatçı (Kim Çen Nam -red) ilə kəşfiyyat orqanının əlaqəli şəxsi arasında görüş Lanqkavi adasında keçirilib. Nəşr güman edir ki, Kim Çen Nam digər ölkələrin də kəşfiyyat orqanları ilə əməkdaşlıq edə bilər.
Qeyd edək ki, Malayziya məhkəməsi aprelin 1-də Şimali Koreyanın lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Txi Xınonqu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək