KFC süni toyuq ətini satışa çıxardı, uzun növbələr yarandı
KFC ABŞ-ın Corcia ştatının Atlanta şəhərində satış rekordu qıran yeni bir aksiya keçirib. Şirkət bitkidən hazırlanmış süni toyuq qanadlarını və budunu ilk dəfə təcrübə üçün satışa çıxarıb və sınaq satışı gözlənilməz uğurla keçirilib.
Bizimyol.info xəbər verir ki, avqustun 27-də KFC restoranlar şəbəkəsi bli “Beyond Meat” toyuq naqqets və qanadlarını təqdim edib.
Müştərilər restoran açılmamış növbəyə dayanıblar və bir neçə məhəllədə bu növbələr davam edib. Restoran rəhbərliyi verdiyi hesabatda süni toyuq ətindən hazırlanan məhsulun 5 saat içində tükəndiyini yazsa da, nə qədər gəlir əldə etməsi barədə məlumat verməyib. Bircə o bildirilib ki, 5 saat ərzində satılan yeni məhsulun həcmi KFC-nin həmin mağazasında bir həftəlik satış miqdarı qədər olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək