Keçmiş prezident də Tbilisidəki aksiyalara qoşuldu - Video
Tbilisidə aksiyaların 6-cı günüdür.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu dəfə parlament binası önünə çadırlar qurulub. Hazırda binanın önünə 200-dək etirazçı toplaşıb. Aksiyaçılar vətənpərvərlik mahnıları oxuyur, nitq söyləyirlər.
Qeyd edək ki, rusiyalı deputatların Gürcüstana gəlişindən sonra iyunun 21-dən Tbilisidə etiraz aksiyaları keçirilir. Onlar Daxili İşlər naziri Georgi Qaxarianın istefasını, aksiyalarda tutulanların sərbəst buraxılmasını tələb edirlər.
***
Parlament binası önündə aclıq aksiyasına başlayan Qvantsa Arevadze adlı qız özünü pis hiss etdiyindən təcili yardımla xəstəxanaya çatdırılıb.
***
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili də aksiya iştirakçılarına qoşulub. O, çıxış edərək Gürcüstanın beynəlxalq tərəfdaşlarını diqqəti bu ölkəyə yönəltməyə çağırıb. Marqvelaşvili “gəlin və yeni gürcüstanı görün” deyə çağırış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək