Keçmiş məhkum: “Az-az vururdum, tutuldum” – Video
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Əlxan Hüseynovu saxlayıblar.
ARB TV xəbər verir ki, dindirmə zamanı Ə.Hüseynov həmyerlisi, keçmiş məhkum 44 yaşlı Vüqar Mədətovla birlikdə narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduqlarını etiraf edib.
“İsti izlərlə” keçirilən əməliyyat nəticəsində V.Mədətov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman xalis çəkisi 0,319 qram olan heroin aşkar edilərək götürülüb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
V. Mədətov istintaqa ifadəsində narkotiki, tanışı 32 yaşlı Elvin Əliyevdən aldığını bildirib.
Vüqar Mədətov – Saxlanılan şəxs: “Birinci dəfə pul verməmişdim. İkinci dəfə də siqaret alacaqdım, 20 manat verdim ki, özün alarsan. Yarısını vurdum, yarısını da az-az vururdum, tutuldum”.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mədətova heroini satmaqda şübhəli bilinən Elvin Əliyev tutulub.
RPŞ-də onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 2,48 qram heroin aşkarlanıb. Yaşadığı ünvandan isə xeyli miqdarda yabanı halda bitən çətənə kolları və qurudulmuş marixuana götürülüb.
Saxlanılan Elvin Əliyev heroini çay kənarında tapdığını, evindən aşkarlanan marixuananı isə yabanı halda bitən çətənə kollarından yığıb, topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.
Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.
ƏLAQƏLİ
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
İstintaq davam etdirilir.
https://www.youtube.com/watch?v=7q5cdD9hoMs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO