Keçmiş həyat yoldaşını öldürməyə gedən şəxs, elə yoldaca saxlanıldı
Türkiyənin Mərsin şəhərində həyat yoldaşını öldürməyə gedən şəxs elə yoldaca saxlanılıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən üzərindən soyuq silahlar tapıldığı üçün saxlanılıb.

Belə ki, Mərsin sakini N.A polisə zəng vuraraq, İzmirdə yaşayan keçmiş həyat yoldaşı Mustafa Akarcanın onu öldürməyə gəldiyini bildirib. Səhər saat 8.00 radələrində polislər, İzmir şəhərindən Mərsinə gələn marşrutu dayandırıb və sərnişinlər arasında “gələcək qatil”i taparaq, üzərini yoxlamağa başlayıblar. Onun üzərindən tapança, 14 ədəd güllə, bıçaq, qandal və ip tapılıb. Saxlanılar Mustafa polislərə ifadəsində, uzun müddət İzmirə gəlmədiyini və yanında gətirdiyi alətlərlə burada qurban kəsmək istədiyini bildirib: “Kəndimə gedirdim. Orada keçi alıb kəsməyi planlaşdırırdım. Qohumlara baş çəkib geri qayıdacaqdım. Yanimda gətirdiyim iplə, kəsdiyim qoyunun tikələrini kisələrə yığıb bağlayacaqdım. Tapança dostumun əmanətidir”. – deyə, Mustafa bildirib. Lakin, bütün bunlara baxmayaq, Mustafaya həbs cəzası verilib.
Qeyd edək ki, ötən gün, o, cəza çəkdiyi həbsxananın ayaqyolunda intihar edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
