Keçmiş dostlar arasında qətllə bitən qarşıdurmanın sirri açılır: Sabiq işçi nəyə görə bıçağa əl atdı?
Bakıda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubovun və qətldə şübhəli bilinən keçmiş işçisi Sabir Camalovun birgə çəkilmiş görüntüləri yayımlanıb.
Minval.info xəbər verir ki, bir neçə ay əvvəl çəkildiyi bildirilən videoda, əvvəllər dost olan bu şəxslərin mehriban münasibətdə olduqları açıq şəkildə görünür. 1991-ci il təvəllüdlü Orxan Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, “Seaside estate” şirkətinin rəhbəri idi.
Mərhumun qardaşı Elcan Yusubov bildirib ki, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov, Orxan Yusubovun keçmiş işçisi olub. Aralarındakı narazılıqdan sonra yollarını ayıran Sabir Camalov özünə “Sabir Əmlak” adlı şirkət qurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Bakıda market və avtomobildən oğurluq edənlər ələ keçdi
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi
Cinayətkar çimərlikdə silah və sursat basdırıb
Nizami rayonunda gözəllik salonu və marketlərdən oğurluq hadisəsi
Rəqqas Nicat Azadlı xanımına qarşı zorakılıq tətbiq etdi
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur