Kaşıkçı cinayətində şok səs yazısı: Onu hissələrə ayırmaq üçün gözləyirlər
BBC-nin “Panaroma” proqramı 2018-ci ilin 2 oktyabrında öldürülən məşhur jurnalist Camal Kaşıkçı ilə bağlı xüsusi dosye hazırlayıb. Cinayətin səs yazılarını dinləyən Barones Helena Kennedi onları belə şərh edib: “Güldüklərini eşidə bilərsiniz. Bu, qan donduran bir işdir. Orada bu adamın gələcəyini, öldürüləcəyini və parçalara ayrılacağını bilərək gözləyirlər”.
Türk kəşfiyyatından onlara daxil olan 45 dəqiqəlik materialla bağlı detallı qeydlər aparan Kennedi materialda Səudiyyə Ərəbistanı Baş Konsulu və Xarici İşlər Nazirliyinin Təhlükəsizlik rəisi arasında olan danışıqların olduğunu da bəyan edib.
Kennedi bu söhbətlərdə “milli vəzifə” kimi şərh edilən əməliyyatdan danışdıqlarını qeyd edib:
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Bunun lap əvvəldən ciddi və yaxşı hazırlanmış vəzifə olduğuna dair şübhəm yoxdur”.
Əməliyyatı idarə edən şəxsin Vəliəhd şahzadə Məhəmməd bin Səlmanın mühafizəçisi Maher Əbdüləziz Mutreb olduğu da bildirilib.
Kennedi Kaşıkçının cəsədini parçalayan Dr. Salah əl-Tubaiginin təlimatları Mutrebdən aldığının eşidildiyini, həmçinin onların söhbətində jurnalist haqqında “qurbanlıq heyvan” ifadəsinin işləndiyini də bildirib.
Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçı ötən ilin oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxmışdı.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək