Kartdan-karta köçürmələrdə qohumluq əlaqələrini necə sübut etmək olar?
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta köçürmələrə limit tətbiq edilməsi məsələsinə aydınlıq gətirib. Bu limitlər gündəlik maksimum 5 əməliyyat və aylıq 20 min manat məbləğində mədaxil əməliyyatlarını əhatə edir.
Minval.info xəbər verir ki, bu tədbirlər risk əsaslı yanaşma ilə həyata keçirilir və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarını məhdudlaşdırmır. Bank və elektron pul təşkilatları müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları bu limitlərdən istisna edilir.
ABA-nın Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, əməliyyatların qohumluq əlaqələrinə əsaslanıb-əsaslanmadığını müəyyən etmək üçün banklar əməliyyatları təhlil edəcək. Müştərilərdən alınan zəruri məlumatlar əsasında əməliyyatın ailə üzvünə köçürmə olub-olmadığı dəqiqləşdiriləcək. Eyni hesabla bağlı kartlar arasında bu müəyyən etmək asandır, lakin fərqli hesablar arasında ilkin mərhələdə texniki baxımdan çətinliklər mövcuddur.
Rüstəmov əlavə edib ki, köçürmə zamanı qohumluq əlaqələrinə dair məlumat tələb olunmur. Əməliyyat icra edildikdən sonra problem yaranarsa, müştəri banka müraciət edərək əməliyyatın qohumluq əlaqəsi əsasında olduğunu təsdiqləyə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir