Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Prokurorluq orqanlarına qulluğa qəbul üçün elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Minval.info xəbər verir ki, Baş Prokurorluğun təşkil etdiyi müsabiqə çərçivəsində sənədləri təsdiqlənmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunacaq. İmtahan Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Elektron imtahanlar korpusunda saat 10:00-da başlayacaq və üç saat davam edəcək.
Qeyd edək ki, test imtahanı ödənişli olacaq və ödənişlər oktyabrın 3-dən 6-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsi vasitəsilə həyata keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat bitdikdən sonra çap etməlidirlər.
İmtahana gələn namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əsli ilə bir saat əvvəl hazır olmalıdırlar. İmtahan elektron qaydada keçiriləcək və nəticələr dərhal kompüter ekranında əks olunacaq.
Namizədlər, həmçinin imtahan qaydaları ilə “Yaddaş kitabçası” və elektron test imtahanında kompüterdən istifadəyə dair Təlimat vasitəsilə tanış ola bilərlər. Test tapşırıqlarının hazırlanmasında istifadə edilən qanunlar və normativ aktlar sentyabrın 1-dən Baş Prokurorluğun internet səhifəsində yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir
Qarabağ Universiteti müəllimin həbsi ilə bağlı açıqlama yayıb