Karantin qaydalarını pozan obyekt sahibi həbs olundu - VİDEO
Ağdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyekt sahibi inzibati həbs olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin biryerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.
Həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub,digərləri isə həbs olunub.
https://www.instagram.com/p/CB-UmuSjBYv/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda arvad ərini döyüb küçəyə atdı - VİDEO
Bakıya gələn ukraniyalı müğənni 5 kişi saxlayır – VİDEO
Moskva Paşinyana tələ qurur
Nüsrət iyrənc paylaşımı ilə ürək bulandırdı - VİDEO
Qız və oğlan canlı yayımda intim münasibətə girdilər