Kamil Zeynallı həbsi ilə bağlı danışdı: "Cəzamız nə idisə..." (VİDEO)
İdmançı Kamil Zeynallı azadlığa çıxıb.
Minval.info xəbər verir ki, o,10 sutkalıq inzibati həbs cəzasını başa vurub. Həbsdən çıxan K.Zeynallı anasını ziyarət edib və həbsi ilə bağlı danışıb.
O, deyib ki, cəzası nə idisə onu da çəkib və azadlığa çıxıb. Hər şeydən razıdır və heç bir problem yoxdur.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinı inzibati həbslə cəzalandırılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO