Kadırov oyun zamanı mikrafonla hakimi söyüb? - VİDEO
Rusiya Premyer Liqasının V turu çərçivəsində keçirilən “Axmat” – “Spartak” oyununda insident baş verib.
“Report” championat.com saytına istinadən xəbər verir ki, meydan sahiblərinin mətbuat xidmətinin adı çəkilməyən əməkdaşı matçın 77-ci dəqiqəsində Çeçenistan təmsilçisinin futbolçusu Ablya Mbenqə qırmızı vərəqə göstərən referi Aleksey Suxoyu təhqir edib. O, diktor otağındakı mikrofon vasitəsi ilə “hakim – keçi” qışqırıb.
Hadisədən sonra həmin şəxsin işindən azad edildiyi bildirilir. Görüş “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2013-cü ildə də “Axmat Arena”da oxşar hadisə baş verib. “Terek” – “Rubin” oyunu zamanı Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov referi Mixail Vilkova “satılmış hakim, sən keçisən” söyləmişdi.
https://youtu.be/T4mZ3N2u7fg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər
