Kənddə Novruz belə keçir - Ağsudan FOTOREPORTAJ
Ağsu rayonunun Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib.
Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün dekorativ çətən (yerlilər “çığ” deyirlər) və keçə sənətləri üzrə ustad dərsləri keçirilib.
Festival meydanında qurulmuş sərgidə əvvəlki Tərəkəmə Çərşənbəsi festivalları zamanı Azərbaycan, Türkiyə və Gürcüstan fotoqraflarının çəkdiyi fotolar, qarışıq rəsm əsərləri, Nərgizava nekropolundan təsadüfən aşkar olunmuş arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Tədbirdə ilk olaraq tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edib. O, Ağsunun ən böyük kəndi Gəgəlidə belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu festivalda Azərbaycanın yaradıcı kollektivləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya və İranın da müxtəlif folklor qrupları iştirak edirlər. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyini xatırladan Fariz Xəlilli “Tərəkəmə Çərşənbəsi” ənənəsinin də ümumdünya əhəmiyyətli folklor nümunəsi kimi qeydiyyata alınacağına inandığını bildirib. O, festivala dəstək verən qurumlara, o cümlədən ağsulu ziyalı şəxslərə minnətdarlığını ifadə edib.
Festival iki gün boyunca bədii hissə ilə davam edib, müxtəlif konsert və əyləncə proqramları təşkil olunub. Qonaqlar daha sonra Azərbaycanın ən yaxşı konservasiya edilmiş arxeoloji abidələrindən olan Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olublar. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli onlara Ağsunun tarixi əhəmiyyətindən, qazıntıların nəticələrindən, gələcək perspektivlərdən danışıb.
Yerli sakinlər və qonaqlar qolgüləşdirmə, kəndirdartma və yumurtadaşıma yarışlarında özlərini sınayıblar.
Daha sonra onlar yaxınlıqdakı dağda çərşənbə tonqalı yandırıblar, şamal atıblar, arzu fənərləri buraxıblar. Oturma evlərində şam yeməyində Şirvan plovu yeyən festival iştirakçıları səhərə qədər oyaq qalaraq çillə çıxarıblar.
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Martın 21-də səhər tezdən tərəkəmə çərşənbəsi tonqalı qalanaraq heyvanların iki od arasından keçirilməsi mərasimi izlənilib. Daha sonra oyaq qalan festival iştirakçıları özləri iki od arasından keçiblər.
Fərid Özay
Fotolar müəllifindir
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ


























