Kəmalə Cəfərzadə ile ilgili görsel sonucuAzərbaycanın Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Cəfərzadə vəfat edib.

Oxu.Az-ın məlumatına görə, o, iyulun 31-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib

Onunla vida mərasimi bu gün keçirilir.

Kəmalə Cəfərzadə 1950-ci ildə Şirvan şəhərində anadan olub.

2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.