01.07.2019 - 09:26
Kəlbəcərin icra başçısı 250 minlik maşın alır
Vacib 1 baxış

Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - Foto

Kəlbəcərin icra başçısı 250 minlik maşın alırKəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.

“Qafqazinfo” xəbər verir ki, söhbət “Mercedes Benz S 350” markalı maşından gedir.

Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb.

Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub.

Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: