İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində heyrətamiz hadisə qeydə alınıb.
“Mash” Telegram kanalının məlumatına görə, Anastasiya atası Nikolayı son dəfə uzun illər əvvəl – altı yaşı olanda görüb.
Hamı kişinin öldüyünü hesab edib, ancaq qız buna inanmaq istəməyib. Ürəyində hər zaman onu görəcəyinə ümid saxlayıb, böyüyəndən sonra isə axtarışlara başlayıb.
Polisə müraciət edib, “Jdi menya” (Məni gözlə) kimi verilişlərə çıxıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib.
Uzun illərdən sonra xoş təsadüf kişini tapmağa kömək edib. Belə ki, yerli saytların birində evsiz şəxsin fotosu dərc olunub. Onun çoxmərtəbəli binanın zirzəmisində yaşadığı, vəziyyətinin pis olduğu yazılıbmış. Könüllülər onun yaxınlarının axtarışına başlayır. İz Anastasiyaya gətirib çıxarır. Məlum olur ki, zirzəminin sakini onun atasıdır.
Maraqlıdır ki, kişinin yaşadığı zirzəmi elə Anastasiyanın evinin yaxınlığında imiş.
Bu günlərdə onlar qovuşublar, qız atasını evə aparıb və onu normal həyata qaytarmağa çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi